Jurnalist 12 təyyarəni "bombaladı"
Media təmsilçisinin hava limanının təhlükəsizliyindəki boşluqları üzə çıxarması qalmaqala səbəb olub. İsraildə jurnalist cəsarətli eksperiment həyata keçirib. Avtosfer.az ans press-ə istinadən xəbər verir ki, Dhava limanındakı təhlükəsizliyi yoxlamaq üçün David Süleyman 12 təyyarənin göyərtəsinə "bomba" keçirib. Bu eksprementi həyata keçirmək üçün o, bir müddət əvvəl Təl-Əviv aeroportunda süpürgəçi kimi fəaliyyətə başlayıb.
Süleyman 2015-ci il oktyabr ayında Misirdən Rusiyaya uçan, Sinay yarımadasında partladılmış "A321" təyyarəsinin terrorçularının hərəkətlərini faktiki olaraq təkrarlayıb. Jurnalist öz vəzifəsini maksimum çətinləşdirməyə qərar verib. O, hava limanında oranın əməkdaşı olduğunu təsdiqlətmək üçün dostu Yaniv Tamirə aid şəxsiyyət vəsiqəsindən istifadə edib. Sənədlər yerli təhlükəsizlik xidmətində heç bir şühbə yaratmayıb və o, bütün yoxlamalardan uğurla keçib.
Bundan sonra KİV nümayəndəsi iki gün hava limanının bütün ərazisində, hətta, qapalı zonalarında belə maneəsiz gəzə bilib. Süleymanın sənədlərinin həqiqi olmadığı yalnız üçüncü gün üzə çıxıb ki, o vaxtadək jurnalist artıq 12 təyyarəyə "bomba" keçirə bilib. Öz "terror aktını" Süleyman hətta videoya da çəkib. Süleymanın bu eksperimenti qalmaqala səbəb olub. Təl-Əviv hava limanının nümayəndələri bildiriblər ki, bundan sonra bu cür insidentlərdən yayınmaq üçün əllərindən gələni əsirgəməyəcəklər. Təhlükəsizlik Assosiasiyasının baş direktoru Pini Şif isə işçilərin işə götürülməsinə səhlənkar yanaşdığına görə podratçı şirkəti ittiham edib.
Yeri gəlmişkən, KİV nümayəndəsi də öz hərəkətlərinə görə qanun qarşısında cavab verməli olacaq. Hava limanının nümayəndələri Süleymanı məhkəməyə verib.
929 dəfə oxundu