Gənclər “İdmanı sevək, sağlam olaq!” dedilər - LAYİHƏ
Azərbaycan Respublikasının Prezidentiyanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Abşeron Gənclərinin İnkişafı İctimai Birliyi tərəfindən “İdmanı sevək, sağlam olaq!” adlı layihə həyata keçirilir.
Layihənin məqsədi məhəllə gənclərini kreativ üsullarla idmana cəlb olunması prosesini stimillaşdırmaq, onların sağlam böyümələrinə və zərərli vərdişlərdən uzaqlaşdırılmasına dəstək vermək və ictimaiyyətdə idmana çağırış kompaniyalarının təbliğinə start verməkdir.
Layihənin vəzifələri Bakı və Abşeron rayonunda, məhəllə uşaq, yeniyetmə, gəncləri üçün açıq havada idmana və sağlamlığa çağırış fleş moblarını keçirmək, məhəllə arası idman yarışları keçirmək, faydalananların idman mərkəzlərinin imkanlarından güzəştli istifadəsinə kömək etmək, idman təbliğat vasitələrini yaymaqdır.
Abşeron Gənclərinin İnkişafı İctimai Birliyinin sədri Rauf Babayevin sözlərinə görə, layihə çərçivəsində yeniyetmə gənclərdən ibarət komandalar arasında futbol turniri təşkil olunub. Turnir 15 iyun 2016-cı il tarixində start götürülüb və carı ilin avqust ayının 10-na kimi davam edəcək. Turnirin sonunda iştirakçılara sertifikatlar veriləcək, qaliblər mükafatlandırılacaq. Beləliklə, İctimai Birlik keçirilən kiçik idman yarışları vasitəsilə yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliğ edəcək və onların asudə vaxtının səmərəli təşkilinə və zərərli vərdişlərdən uzaq durmasına şərait yaradacaq.
990 dəfə oxundu