Xədicə İsmayılovanın şərti cəzası azaldıldı

Xədicə İsmayılovanın şərti cəzası azaldıldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırmaçı jurnalisit Xədicə İsmayılovanın şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Ramella Allahverdiyeva sədrlik edib. Prosesdə X.İsmayılova barəsində olan Cinayət Məcəlləsinin 192-ci maddəsi üzrə işə xitam verilməsini istəyib. Məhkəmənin qərarı ilə X.İsmayılovanın cəza müddətini 3 il 6 aydan 2 il 3 aya endirib.


Qeyd edək ki, X.İsmayılova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 7 il 5 ay müddətində azadlıqdan məhrum edilib. Ali Məhkəmə kassasiya şikayəti verən X.İsmayılovanın cəzasının 3 il 6 ay müddətinə şərti cəza ilə əvəzlənməsinə dair qərar qəbul edib və o, azadlığa buraxılıb. Ona ittiham olunduğu Cinayət Məcəlləsinin 179 və 308-ci maddələri üzrə bəraət verilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
942 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...