ABŞ-da antibakterial sabunlar qadağan edildi

ABŞ-da antibakterial sabunlar qadağan edildi


ABŞ-ın Ərzaq Məhsulları və Dərman Vasitələrinə Nəzarət İdarəsi antibakterial sabunların və bədən üçün gellərin satışına qadağa qoyub.

AzVision.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, buna səbəb həmin sabunların xeyrindən çox zərərinin olmasıdır. İdarənin direktoru Canet Vodkok qeyd edib ki, araşdırmalarda antibakterial sabunların daha zərərli olduğu sübut edilib

Onun sözlərinə görə, Amerika alimlərinın tədqiqatları göstərib ki, sabunlarda, şampunlarda, diş pastalarında və digər gigiyenik vasitələrdə geniş yayılmış mikrob əleyhinə triklozanın uzunmüddətli təsiri orqanizmdə qaraciyər xərçənginə və fibrozun inkişafına gətirib çıxara bilər.

Qərarda bildirilir ki, istehsalçılara qadağan olunmuş inqrediyentlərin reseptdən çıxarılması, ya da sabun və gel buraxılışının tam dayandırılması üçün bir il vaxt verilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
824 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...