Azercell növbəti dəfə TEDx Bakı-2015 konfransına dəstək oldu
18 il ərzində uğurlu sosial layihələr həyata keçirən, bir sıra konfranslara, tədbirlərə dəstək olan Azərbaycanın lider mobil operatoru Azercell Telekom bu ənənəni uğurla davam etdirməkdədir.
Ölkədə müxtəlif sosial sahələrin inkişafına yönəlmiş bır sıra layihələrlə yanaşı, gənclər üçün elm, təhsil istiqamətində həyata keçirilən layihələr də şirkətin ən önəmli təşəbbüslərindən biridir. Bunlar arasında Azərbaycanın aparıcı ali təhsil ocaqlarında Azercell-in təşəbbüsü ilə çalışan 3G və 4G laboratoriyaları, elektron təhsil otaqları, tələbələr üçün müxtəlif təcrübə və təqaüd proqramları, "Nə, Harada, Nə zaman?" intellektual televiziya oyununa dəstək, nəhayət, şirkətin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin nəzdində keçirilən saysız uğurlu layihələr aiddir.
Şirkətin bu sahədə atdığı növbəti addım isə aprelin 18-də Bakı Caz Mərkəzində (Baku Jazz Center) keçirilən TEDxBakı “Yaddaş” tədbirinə dəstəyi olub. Azərbaycanda keçirilən bu ilki TEDx Bakı konfransına 200-dən artıq iştirakçı qatılıb. Mövzusu "Yaddaş" olan tədbirdə 8 spikerlə yanaşı, Azercell-in əməkdaşı İmran Bağırov da çıxış edərək, tamaşaçılara müştəri təcrübəsi mövzusunda maraqlı təqdimat nümayiş etdirib.
30 ildir ki, dünya alimlərini, siyasətçilərini, sahibkarlarını, mədəniyyət xadimlərini və onlarla digər ixtisas sahiblərini bir arada birləşdirən TED (Texnologiya, Əyləncə, Dizayn) adlı konfrans ilk dəfə 1984-cü ildə baş tutub. Ilk TED konfransında yenicə buraxılmış "Macintosh" kompüteri, "Sony" istehsalı olan kompakt-disk təqdim olunub, süni intellekt və s. bu kimi hazırda geniş tətbiq olunan fikirlər üzrə çıxışlar olub. Bugünə qədər TED səhnəsində ABŞ-ın keçmiş prezidenti Bill Clinton, Nobel mükafatıçısı James Watson, Microsoft’dan Bill Gates, Google’dan Eric Schmidt kimi spikerlər çıxış edib.
Azercell bundan sonra da ölkəmizdə gənclərin inkişafına yönəlmiş sosial layihələri həyata keçirməkdə davam edəcək.
1790 dəfə oxundu