Azercell növbəti dəfə “İnsana Sərmayə” üzrə regionun lideridir

Azercell növbəti dəfə “İnsana Sərmayə” üzrə regionun lideridir

Azərbaycan Telekommunikasiya Bazarının lideri Azercell Telekom daha bir uğura imza atıb. Şirkət növbəti dəfə “Investors in People” (IIP) / İnsana Sərmayə Standartının tələbləri üzrə dəyərləndirilərək Gümüş Sertifikatına layiq görülüb. MDB ölkələri və ən önəmlisi beynəlxalq telekommunikasiya təşkilatları arasında Azercell Telekom Gümüş sertifikatını qazanan ilk şirkətdir. Bundan əlavə, hal hazırda Gümüş sertifikatı İngiltərə şirkətləri xaric olmaqla dünyada yalnız 19 beynəlxalq şirkətdə mövcuddur. Məlumat üçün qeyd edək ki, Azercell ilk dəfə Beynəlxalq Standart Sertifikatına 2006-cı ildə layiq görülüb.

İnsana Sərmayə Standartının nümayəndələri nominasiyaları bütün dünyada “International Quality Center” (İQC) (Beynəlxalq keyfiyyət Mərkəzi) tərəfindən qeydə alınan IIP məsləhətçilərinin tədqiqatları əsasında tədqim edir. Təşkilatın standartın tələblərinə uyğun olub-olmamadığını IQC-nin komissiyası müəyyənləşdirir.

Azercell Telekomda Resertifikatsiya prosesi zamanı bir çox işlər həyata keçirilib. IIP məsləhətçisi şirkət əməkdaşları ilə təkbətək müsahibələr keçirib. Müsahibələr həm üzbəüz görüşlər, həm e-mail şəklində, həmçinin də bölgələrdə çalışan işçilər ilə telefon vasitəsilə həyata keçirilib. Bu dəfə IIP standartının 126 meyarından 94-ü uğurla dəyərləndirilib. Keçirilən müsahibələrdə 61 Azercell işçisi iştirak etmişdir.

Bu beynəlxalq Standart işçilərin şirkət strategiyasının təyin edilməsi və qarşısına qoyduğu hədəflərə nail olması, qabaqcıl İnsan Qaynaqları prosesləri və onların şirkət strategiyasına bağlılığı, işçilərin rolu ve onların qərar vermə və s. kimi proseslərə cəlb edilməsi, şirkətin intellektual mülkiyyətinin inkişafı və inkişaf strategiyasının şirkət strategiyasına uyğunluğu, liderlik inkişafı platformasının qurulması, sosial məsuliyyət, əməkdaşların fəaliyyətinin ölçülməsi kimi göstəriciləri dəyərləndirir. IIP Standartı ilə işləyən şirkətlər hər 3 ildən bir sertifikasiya mərhələsindən keçir.

IIP Standartının resertifikasiya mərhələsini uğurla keçərək Azercell şirkəti digər sahələrdə olduğu kimi, İnsan Qaynaqları sahəsində də uğurlu fəaliyyət modelini nümayiş etdirdiyini bird daha təsdiqlədi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1482 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...