BDU-nun hazırladığı layihə ABŞ-da qızıl medala layiq görüldü

BDU-nun hazırladığı layihə ABŞ-da qızıl medala layiq görüldü

Bakı Avropa liseyinin şagirdləri Fərrux Rəhmətzadə, Ayan Hacıbəyli, Fuad Abdulzadə qızıl medala layiq görülüblər. Belə ki, Bakı Dövlət Universitetinin Nanoaraşdırmalar laboratoriyasında professor Məhəmmədəli Ramazanov və dosent İsmət Əhmədovun rəhbərliyi ilə yerinə yetirilmiş “Nanohissəciklərin bitkilərdə sorulması, hərəkəti və toplanması: nanofitotoksikologiya” mövzusunda elmi layihəsi 7-10 May 2015 – ci il tarixində ABŞ-ın Hyuston şəhərində (Texas ştatı) 70 ölkənin və Amerikanın 48 ştatının iştirakı ilə keçirilən Beynəlxalq Davamlı Dünya (Enerji, Mühəndislik və Ətraf Mühit) layihə olimpiadasının “Ətraf mühütün idarə edilməsi və çirklənmə" üzrə təqdim olunmuş 200 layihə içərisində qalib hesab edilərək qızıl medala layiq görülüb. Qaliblər Azərbaycan bayrağını intellektual yarışmada yüksəyə qaldırıblar.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1286 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...