Əli Həsənovdan haqqında yayılan 12 milyonluq alqı-satqı iddiası barədə - Açıqlama

Əli Həsənovdan haqqında yayılan 12 milyonluq alqı-satqı iddiası barədə -

Ötən gün yerli mətbuatda Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun ailə üzvlərinə məxsus olduğu deyilən şirkətin Binəqədi rayonu ərazisində yerləşən təxminən 1,7 hektar torpaq sahəsini 12 milyon manata satması barədə məlumat yayılıb.

GUNDEMİNFO.AZ xəbər verir ki, Ə.Həsənov Yeniavaz.com-a açıqlamasında yayılan iddiaları təkzib edib.

“Bəzi saytlar yalan informasiya yayıblar ki, guya Binəqədi rayonu ərazisində “Təchizatçı”ya aid torpaq sahəsi satılıb və mənim ailəm bu əməliyyatdan 12 milyon manat pul əldə edib. Bildirirəm ki, bu informasiya tam yalandır və ailəmin belə firması və torpağı mövcud deyil”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
502 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...