Akopyan: FTX Zəngəzur dəhlizi üçün hazırlıq görürdü

Akopyan: FTX Zəngəzur dəhlizi üçün hazırlıq görürdü
Təxminən bir il əvvəl Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin (FTX) İrəvandakı sərhəd qoşunlarının qərargahından Ermənistan hökumətinə Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizinin hasarlanması təklifi ilə məktub daxil olub.

Axar.az xəbər verir ki, bu sözləri erməni jurnalist Tatul Akopyan sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, bu məqsədlə Rusiya sərhədçiləri Mehri-Araz boyunca kəndlər arasında şlaqbaumlar da quraşdırmışdı:

“Erməni tərəfi bundan imtina edib, bundan sonra Rusiya Federasiyasının FTX-si sənədi geri götürüb”.

Qeyd edək ki, 10 noyabr 2020-ci il bəyanatına əsasən, Zəngəzur dəhlizinin təhlükəsizliyinin təmini Rusiya FTX-yə verilib. Buna baxmayaraq, Ermənistan imzası olan öhdəliyi icra etməkdən yayınır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
542 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...