Qaxda canavarı boğaraq öldürən sakinlərə vaksin vurulub

Qaxda canavarı boğaraq öldürən sakinlərə vaksin vurulub

Ötən gün canavar hücumuna məruz qalan Qax rayonunun Ləkit kənd sakinlərinin vəziyyəti açıqlanıb.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, fevralın 23-ü, saat 20:27-də iki nəfər Qax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə yerləşdirilib:

“Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib və aidiyyəti üzrə vaksinlər vurulub. Bir müddət sonra ambulator müalicə üçün evə buraxılıblar”.

Qeyd edək ki, ötən gün axşam saatlarında Qax rayonunun Ləkit kəndində canavar kənd sakinləri, 74 yaşlı Qəhrəman Rəhimov və 60 yaşlı Hacı Hacıyevə hücum edərək onlara xəsarət yetirib. Canavarın hücumu zamanı xəsarət alan Hacı Hacıyev canavarı boğaraq öldürə bilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
443 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...