Deputatdan Mədəniyyət Nazirliyinə SƏRT İTTİHAM
“Keçmiş mədəniyyət naziri görüşdə dedi ki, sabah sənə şad xəbər verəcəm. Sonra məlum oldu ki, ölkədəki kitabxana və mədəniyyət müəssisələrinin yarısı ixtisar olunur. Bu gün ölkənin bir çox kəndlərində mədəniyyət evləri və klublar yoxdur, hamısı ləğv olunub. Qalan mədəniyyət evləri də boşdur”.
Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.
“Azərbaycanı sanki mədəniyyətsiz ölkəyə çevirmək siyasəti gedir. Bu nə deməkdir?! Dağ kəndlərində məktəb, xəstəxana, mədəniyyətlər evləri var, amma onların əlindən bunu da alırlar. Belə islahatlar nəyə xidmət edir?! Bunu bizə izah edən yoxdur. Ən çox da uduzan Azərbaycan mədəniyyətidir. Sovet rejimində belə ən xırda kənddə mədəniyyət müəssisələri qorunurdu, kitabxanalara kitab göndərildi. Amma indi heç rayon mərkəzinə belə kitab göndərilmir. Çünki əvvəl ölkədə kitab alıb rayonlara göndərməklə məşğul olan şəxslərə dövlət pul ayırırdı. Bu da sifariş verir. İndi həmin şəxslər rayonlarda yoxdur, ləğv olunub”, - S.Rüstəmxanlı etirazını bildirib.
469 dəfə oxundu