MİT İraqın şimalında PKK-nın rəhbər şəxsini məhv etdi -

MİT İraqın şimalında PKK-nın rəhbər şəxsini məhv etdi -

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) Şimali İraqda əməliyyat keçirib.

Qaynarinfo bu barədə "Anadolu Agentliyi"nə istinadən xəbər verir.

Türkiyə Silahlı Qüvvələrinə qarşı həyata keçirilən terror aktlarında birbaşa iştirak etməsi və PKK tərəfindən Sincarda MİT-ə qarşı həyata keçirdiyi silahlı hücumlara birbaşa rəhbərlik edən Ceko Pir kod adlı terrorçu Saad Ali Bedel izləməyə alınıb. Əli Bedelin Sincardaki fəaliyyətlərini izləmək üçün xüsusi qrup yaradan MİT onun Yezidilərlə birlikdə yaşadığını müəyyən edib.

Əli Bedelin TSQ-nin Mosuldakı Başika bazasına qarşı yeni terror aktı hazırlaması barədə kəşfiyyat məlumatları əldə edildikdən sonra MİT Sincarda əməliyyat keçirib və terrorçunu zərərsizləşdirib. Əli Bədəlin qalxan kimi istifadə etdiyi mülki əhaliyə zərər verməmək üçün yüksək səviyyədə həssaslıq nümayiş etdirilib.

Qeyd edək ki, Ali Bedel PKK/KCK terror təşkilatının Sincardakı qruplaşmasına rəhbərlik edib.

MİT İraqın şimalında PKK-nın rəhbər şəxsini məhv etdi -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
461 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...