Kahramanmaraşda zəlzələ baş verdi

Kahramanmaraşda zəlzələ baş verdi

Türkiyənin Kahramanmaraş vilayətinin Onikişubat rayonunda 4,4 bal gücündə zəlzələ baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Qeyd olunub ki, zəlzələ yerli vaxtla saat 12:40-da (Bakı vaxtı ilə 13:40) baş verib və yerin 7,52 kilometr dərinliyində qeydə alınıb.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində iki yüksək maqnitudalı zəlzələ meydana gəlib.
Mərkəzi Pazarcık rayonu olan 7,7 və mərkəzi Elbistan rayonu olan 7,6 bal gücündəki zəlzələlər dəhşətli dağıntılara yol açıb.
Eyni gün Qaziantep vilayətində də 6,4 və 6,5 bal gücündə iki zəlzələ baş verib.
Zəlzələlər Kahramanmaraş, Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hatay vilayətlərində, həmçinin Suriyada ciddi dağıntılara səbəb olub.
Hələ də dağıntılar altında xeyli sayda insanın olduğu güman edilir.
Təbii fəlakət səbəbilə ölənlərin sayı artıq 46 min 104 nəfərə çatıb.
Axtarış-xilasetmə işləri davam edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
513 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...