İranda itkin düşən tələbənin anası: “Fars dilini öyrənirdi”

İranda itkin düşən tələbənin anası:

İranda itkin düşmüş Azərbaycan vətəndaşı Fərid Səfərli fars dilini öyrənirmiş.

GUNDEMİNFO.AZ xəbər verir ki, bu barədə "Report"a onun anası Dilarə Əskərova bildirib. Onun sözlərinə görə, Fəridin sevdiyi xanım milliyətcə fars olduğu və onunla daha yaxşı ünsiyyət qura bilmək üçün fars dilini öyrənməyə başlayıb:

"Fərid utancaq uşaq olduğu üçün sevdiyi qız və onun milliyəti ilə bağlı məsələləri ailəsi ilə bölüşməyib. O, bu barədə dostları ilə danışırdı. Məsələ barədə biz də Fəridin dostlarından məlumat almışıq".

Dünən Azərbaycanın Almaniyadakı səfirliyi ilə danışdığını deyən D.Əskərova bildirib ki, Fəridlə bağlı hansısa yeni məlumat yoxdur.

Qeyd edək ki, Almaniyada yaşayan Azərbaycan vətəndaşı 1997-ci il təvəllüdlü Fərid Səfərli İranda itkin düşüb. Azərbaycan vətəndaşının itkin düşməsi ilə bağlı İrana nota verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
451 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...