Ekologiya Nazirliyi: "Mingəçevir Su Anbarının ehtiyatları 50 % azalıb"

Ekologiya Nazirliyi: "Mingəçevir Su Anbarının ehtiyatları 50 % azalıb"

Son beş il ərzində Mingəçevir Su Anbarının ehtiyatları 50 % azalıb.

"Report" xəbər verir, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov "Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət” mövzusunda təşkil olunan brifinqdə deyib.
.
Onun sözlərinə görə, Mingəçevir Su Anbarına axan çayların suları azalıb: "Dövlət tənzimləyici işlərini görür, lakin vətəndaşlarımız da sudan qənaətlə istifadə etməlidirlər".

V. Kərimov vurğulayıb ki, son 7-8 il ərzində ölkə ərazisində quraqlıq müşahidə edilir: "Bu, yağıntıların miqdarının az olması, həmçinin, ölkəyə daxil olan transsərhəd çaylarından suların az axması ilə bağlıdır ".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
430 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...