Saatlı sakinləri su probleminə görə yolu bağladılar - Saxlanılanlar var

Saatlı sakinləri su probleminə görə yolu bağladılar -
Bu gün saat 14 radələrində Saatlı rayonunun Orta Muğan və Nabatkənd kəndlərinin bir qrup sakini içməli su probleminə öz narazılıqlarını bildirmək məqsədilə magistral yolunu bağlamağa cəhd ediblər.
DİN-in Mətbuat XidmətindənGUNDEMİNFO.AZ-a bildirilib ki, əraziyə gələn Rayon Polis Şöbəsinin əməkdaşları, rayon İcra Hakimiyyətinin və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri onlarla izahedici söhbətlər aparıblar.
Məlumata görə, bundan sonra sakinlərin əksəriyyəti geri qayıtsalar da, bir qrup şəxs polisin qanuni tələbinə əməl etməyərək ictimai asayişin pozulmasına yönəlmiş qanunsuz hərəkətlərini davam etdiriblər. Onlar saxlanılaraq Rayon Polis Şöbəsinə gətiriliblər.
Qeyd edilib ki, hazırda araşdırmalar aparılır.
Sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, aksiya zamanı 3 nəfər xəsarət alıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
450 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...