Əvəz Zeynallının məhkəməsi başlayır

Əvəz Zeynallının məhkəməsi başlayır

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Xural” internet televiziyasının rəhbəri Əvəz Zeynallı və “Səda TV” MMC-də rəhbər vəzifədə işləmiş Elnur Şükürovun cinayət işi üzərə məhkəmə iclası başlayır.
Yeniavaz.com xəbər verir ki, proses hakim Əli Məmmədovun sədrliyi ilə keçiriləcək.
Zərərçəkmiş qismində Vəliyev Ruslan Telman oğlunun tanındığı proses saat 11:50-də start götürəcək.
İclasda təqsirləndirilən şəxslərin anket məlumatlarının dəqiqləşdirilməsi və məhkəmənin baxışa verilməsi gözlənilir.
eyd edək ki, Əvəz Zeynallı ötən il sentyabrın 10-da Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsilə həbs edilib. Sentyabrın 21-də ona qarşı Cinayət Məcəlləsinin 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərə – nüfuz alveri) maddəsilə yenidən ittiham elan edilib. Rüşvət ittihamı “Baku Steel Company” MMC – poladəritmə zavodunun keçmiş rəhbəri Rasim Məmmədovla bağlıdır. “Xural TV” rəhbəri 2021-ci ilin yanvarından həbsdə olan Rasim Məmmədovun ailəsindən onun əleyhinə materiallar yaymamaq üçün 20 min manat pul almaqda ittiham olunur.
Əvəz Zeynallı ona qarşı irəli sürülmüş ittihamların heç birini qəbul etmir. O, sifarişlə həbs edildiyini bildirir. “Xural TV” rəhbərinin sözlərinə görə, onu jurnalist fəaliyyətinə, tənqidlərinə görə cəzalandırmaq üçün belə ssenarilər qurulur.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
428 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...