“Alfanet”dən şikayət
“Alfanet” internet provayderi vətəndaşın evində naməlum səbəbdən internet quraşdırmır.
Bu barədə Pravda.az-a Sabunçu rayonu Zabrat 1 qəsəbəsinin Oktyabr küçəsində yaşayan vətəndaş tərəfindən daxil olan şikayətdə bildirilib.
Onun sözlərinə görə, iki ay əvvəl “Alfanet”ə internetin çəkilişi ilə bağlı müraciət edib: “Bizə bildirildi ki, qəsəbəyə internet çəkiləndə bizim evimizə də çəkiləcək. Lakin xəbər tutduq ki, şirkət qonşularımızda artıq internet quraşdırıb. Məsələni aydınlaşdırmaq üçün “Alfanet”lə əlaqə saxladıq. Bildirildi ki, guya bu işə baxan usta sizinlə əlaqə yaradacaq. Hər dəfə işdən icazə alıb evə gəlirik, usta isə bizi ələ salır. Deyir ki, “ünvana çatıram”, “yoldayam”, amma sonda nə usta gəlir, nə də bizimlə əlaqə saxlayırlar. Hər gün şirkət əməkdaşı bizi aldadır. Əlaqə saxlanılacağını deyirlər, amma məsuliyyətsizlik göstərirlər. Hər dəfə bir bəhanə ilə bizi başlarından edirlər...”
Məsələni aydınlaşdırmaq üçün Pravda.az-ın əməkdaşı “Alfanet” şirkətinə zəng edib. Şikayətimizi dinləmədən şirkət tərəfindən saytımızla da “əlaqə saxlanılacağı” deyilib, amma geri dönüş edilməyib.
392 dəfə oxundu