Ailədə 4 nəfərin ölümünə səbəb olan faciənin səbəbi bilindi

Ailədə 4 nəfərin ölümünə səbəb olan faciənin səbəbi bilindi
Lerikdə 4 nəfərin ölümü ilə nəticələnən hadisənin bəzi təfərrüatları məlum olub.

GUNDEMİNFO.AZ APA-ya istinadən xəbər verir ki, 4 nəfərin ölümünə səbəb ailənin həyətyanı sahədə qurduqları su hovuzunun motoru olub.

Belə ki, 1941-ci il təvəllüdlü Sərnaz Tahirova su motorunun işlək vəziyyətdə olduğunu bilmək üçün su hovuzuna yaxınlaşıb. Motordan su hovuzuna elektrik cərəyanı keçirtdiyi üçün Sərnaz Tahirovanı vurub. Sərnaz Tahirova su hovuzuna düşüb. Ona köməyə gələn digər ailə üzvlərini də elektrik cərəyanı vurub.

Faktla bağlı cinayət işi açılıb.

Hadisənin dəqiq səbəbləri araşdırılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
520 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...