İntensiv yağıntıların kənd təsərrüfatına təsiri açıqlanıb
Bir neçə gün əvvəl Biləsuvar rayonunda müşahidə olunan intensiv yağıntılar kənd təsərrüfatına zərər vurub.
"Report"un Muğan bürosunun əməkdaşı güclü yağışların əkin sahələrinə və məhsuldarlığa təsirləri barədə qısa araşdırma aparıb.
Fermerlər bildirib ki, intensiv yağıntının, əsasən, adi ota müəyyən qədər xeyirləri var. Onların sözlərinə görə, hazırda adi ot və yonca biçini başladığı üçün yanğıntılar bu təsərrüfat sahəsinə zərər verir.
Həmçinin fermerlər qeyd edib ki, bu il rayonda su qıtlığı olduğu üçün bəzi taxıl sahələrini vaxtında suvarmaq mümkün olmayıb. Buna görə də, həmin sahələr inkişafdan qalıb. Onlar hesab edirlər ki, indiki yağışın taxıl sahələrinə heç bir xeyiri yoxdur.
Məsələ ilə bağlı kənd təsərrüfatı mütəxəssisi Mirsahib Zəkiyev isə "Report"un yerli bürosuna bildirib ki, intensiv yağış inkişaf gedən taxıl sahələrinə müsbət təsir göstərəcək:
"Eyni zamanda bu yağıntının biçilmiş ot və yonca sahələrinə də xeyirləri olacaq. Çünki torpaqda rütubət formalaşır və torpaq nəm olur. Bu da öz növbəsində bitkinin ömrünü uzadır. Amma intensiv yağışın inkişafdan qalan taxıl sahələrinə heç bir xeyiri yoxdur".
Qeyd edək ki, bir neçə gün əvvəl Biləsuvar və Cəlilabad rayonları ərazisinə intensiv yağıntılar düşüb. Güclü yağış, tufan və dolu Cəlilabad rayonunda çiyələk sahələrinə zərər vurub, çiyələk kolları və meyvələri zədələnib. Buna görə də, əkin sahələrində meyvələr sürətlə çürüməyə başlayıb.
483 dəfə oxundu