Tərtərdə həlak olan ANAMA əməkdaşlarına şəhid statusu verilə bilərmi? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, aprelin 28-də Tərtər rayonunun Talış kəndi ərazisində mina partlayışı nəticəsində ANAMA-nın 3 əməkdaşı həlak olub. Onlara şəhid statusu verilməsi məsələsi gündəmə gətirilib. Bildirilir ki, hadisə ANAMA əməkdaşlarının Qarabağda vəzifə borclarını yerinə yetirdikləri zaman baş veribsə, belə olan halda bu, şəhidliyə bərabər tutulacaq məsələdir və Milli Məclisin gündəliyinə salınmalıdır.
Milli Məclisin deputatı Nəsib Məhəməliyev də Pravda.az-a açıqlamasında təklifi dəstəkləyib.
“Həlak olan ANAMA əməkdaşlarına Allahdan rəhmət diləyir, ailələrinə başsağlığı verirəm. Şəhidlik statusu qanunvericiliklə tənzimlənir. Aktiv döyüş əməliyyatları gedirsə, ön cəbhədə həlak olmuş insanlara şəhidlik statusu verilir. ANAMA-nın əməkdaşları və digər mina zərərsizləşdirən qruplarımız da elə ön cəbhədə fəaliyyət göstərirlər. Onlar görünməyən düşmənlə mübarizə aparırlar. Bu, çox ciddi, həm də riskli fəaliyyətdir. Mən də bir vətəndaş olaraq vəzifə başında həlak olan ANAMA əməkdaşlarına şəhid statusu verilməsinin tərəfdarıyam. Amma qanunvericlikdə müəyyən dəyişikliklər etmək lazımdır. Düşünürəm, bu kateqoriyadan olan insanlara şəhidlik statusu verilə bilər. Bu, məntiqəuyğundur”, - N.Məhəməliyev deyib.
Deputat eyni zamanda riskli vəzifəni yerinə yetirən ANAMA əməkdaşlarının maaşlarının artırılması barədə təkliflərə də münasibət bildirib: “Bu məsələ parlamentdə müzakirə oluna bilər, lakin daha çox mərkəzi icra hakimiyyəti orqanının - Nazirlər Kabinetinin səlahiyyətində olan məsələdir. Təbii ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrində də müzakirə oluna bilər. Doğrudan da uyğunsuzluq varsa, aradan qaldırılmalıdır”.
458 dəfə oxundu