ABŞ-ın siyasi məhbuslar siyahısına saldığı şəxs də əfv olundu

  ABŞ-ın siyasi məhbuslar siyahısına saldığı şəxs də əfv olundu
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında Sərəncam imzalayıb.
Yeniavaz.com xəbər verir ki, siyahıda yanvar ayında ABŞ Dövlət Departamenti tərəfindən dərc edilən siyasi məhbusların siyahısında adı çəkilən azərbaycanlı hüquq müdafiəçisi Elçin Məmməd də var.
Xatırladaq ki, 2020-ci il oktyabrın 17-də Sumqayıt Şəhər Məhkəməsi Sumqayıt Gənclərin Hüquqi Maarifləndirilməsi QHT-nin rəhbəri və "Yüksəliş naminə" saytının redaktoru Elçin Məmmədi "oğurluq" və "qanunsuz silah və döyüş sursatı saxlamaqda" təqsirli bilərək, 4 il azadlıqdan məhrum edib.
Hüquq müdafiəçisi 2020-ci ilin martında həbs edilib. O, cinayət işini hüquq müdafiə fəaliyyəti ilə əlaqələndirir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
535 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...