Azərbaycanlı iş adamı Rusiyada faciəvi şəkildə öldü

Azərbaycanlı iş adamı Rusiyada faciəvi şəkildə öldü

Rusiyada yaşayan 47 yaşlı azərbaycanlı iş adamı bədbəxt hadisə nəticəsində vəfat edib.

Metbuat.az "76.ru" portalına istinadən xəbər verir ki, Yaroslavlda fəaliyyət göstərən iş adamı İlham Tofiq oğlu Xudiyev mayın 14-də saat 14 radələrində ikimərtəbəli evdə söküntü işləri aparan zaman üzərinə beton düşüb. O, aldığı xəsarətdən yerindəcə dünyasını dəyişib.

Nəşrin məlumatına görə, İlham Xudiyevin cənazəsi Bakıya göndəriləcək.

Baş verənlərlə bağlı Yaroslavl İstintaq Komitəsi araşdırma aparır.

Qeyd edək ki, o, əslən Bakıdandır. 2016-2019-cu illərdə "Yarqorelektrotrans" müəssisəsinə rəhbərlik edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
475 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...