Ruslar SES-i partlatdılar, yaşayış məntəqələri su altında qaldı - VİDEO

  Ruslar SES-i partlatdılar, yaşayış məntəqələri su altında qaldı -
Ukraynanən Xerson vilayətində yerləşən Kaxovskaya su elektrik stansiyasının (SES) bəndinin partlamasından sonra Dnepr çayının sağ sahilində səkkiz yaşayış məntəqəsi və Xersonun mikrorayonlarından biri artıq tamamilə və ya qismən su altında qalıb.

Yeniavaz.com Ukrayna mətbuatına istinadən bildirir ki, bu barədə Xerson vilayəti dövlət administrasiyasının sədri Aleksandr Prokudin məlumat verib.

“Saat 7:30-a olan məlumata görə, yaşayış məntəqələri tamamilə və ya qismən su altında qalıb. Əhalinin evakuasiyası davam edir. 16 min insan Dnepr çayının sağ sahilində kritik zonaya düşüb”, - deyə, Prokudin bildirib.

Xerson vilayətinin işğal olunan hissəsinə gəlincə, administrasiya sədri deyib ki, yerli sakinlər su elektrik bəndinin partlaması ilə bağlı məlumatlandırılıb və onlar da təhlükəsiz yerlərə təxliyənin zəruriliyi barədə məlumatlandırılıblar.

Qeyd edək ki, Ukrayna mətbuatı iyunun 6-na keçən gecə rus işğalçılarının Kaxovskaya SES-in bəndini partlatdıqlarını açıqlayıb.

Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermakın sözlərinə görə, rusların Kaxovskaya SES-in bəndini partlatması növbəti hərbi cinayətdir.

Prezident Volodimir Zelenski Kaxovskaya SES-də baş verənlərlə bağlı Milli Təhlükəsizlik və Müdafiə Şurasını toplayıb və yalnız rəsmi məlumatların yayılmasına çağırıb.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
407 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...