İnsanlar işdən çıxarılır, yerinə Süni İntellekt götürülür - “Bild” “kadr islahatı”na start verdi
Almaniyanın "Axel Springer" media qrupuna daxil olan "Bild" nəşri 100 milyon avro dəyərində xərclərin azaldılması proqramı çərçivəsində bir sıra vəzifələri süni intellektlə əvəz etməyi planlaşdırır.
Qaynarinfo xəbər verir ki, bu barədə Frankfurter "Allgemeine Zeitung Bild"in bir neçə əməkdaşının elektron poçtuna istinadən yazır.
Xüsusilə, belə məktubları baş redaktorlar Marion Horn və Robert Şnayder, Bild qrupunun rəhbəri Klaudius Senst və icraçı direktor Kristof Ek-Şmidt alıb.
"Təəssüf ki, siz həmçinin rəqəmsal dünyada süni intellekt və ya [avtomatlaşdırılmış] proseslərlə əvəzlənən vəzifələri olan həmkarlarınızla yollarınızı ayırmalı olacaqsınız. İndiki kimi redaktorların, çap istehsalı işçilərinin, korrektorların, katiblərin və foto redaktorların funksiyaları artıq olmayacaq”, - məktubda deyilir.
Bundan əlavə, Bild jurnalının regional nəşrlərinin sayı 18-dən 12-yə endirilir. 2024-cü il yanvarın 1-dən etibarən Springer şirkətlər qrupu müvafiq olaraq "yalnız rəqəmsal” və "ilk olaraq rəqəmsal, sonra isə çap” strategiyasını həyata keçirəcək.
415 dəfə oxundu