KOBİA sədri: “Regionlarda daha çox qohumluq əlaqələrinə əl atırlar”

KOBİA sədri: “Regionlarda daha çox qohumluq əlaqələrinə əl atırlar”
“Yüksək təhsilli şəxslərə özlərini doğrultmaq üçün vaxt verilməlidir ki, onlar kifayət qədər təcrübə qazansınlar”.

Oxu.Az-ın məlumatına görə, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov İnsan Resursları Zirvəsində “Köçü qarşıla” mövzusundakı paneldə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, kadrları işə götürən zaman fərqli nüanslarla qarşılaşırlar:

“Biz rastlaşırıq ki, kadrın təhsili yüksək səviyyədədir, amma peşəkar qabiliyyəti o qədər də yüksək deyil ki, təcrübəsi olsun. Amma iş onu tələb edir ki, biz çevik davranaq. Yaxud da təhsili yüksək deyil, amma peşəkar qabiliyyəti yüksəkdir. Biz seçim qarşısında qalırıq. Əminəm ki, yüksək təhsilli şəxslərə özlərini doğrultmaq üçün vaxt verildikdə kifayət qədər təcrübə qazanırlar. Bunun üçün onlara şans verilmənin tərəfdarıyam”.
O qeyd edib ki, sahibkarların bilik və bacarıqların artırılmasına böyük diqqət yetirilir:

“Çünki sahibkarlar da bu məsələyə diqqət yetirsə, mənfəətinə təsir edəcək. Regionlarda daha çox qohumluq əlaqələrinə əl atırlar. Fikrimcə, bu məsələlərdə dövlət qurumlarının məlumatları artırılmalıdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
466 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...