“Onlar Vasif Talıbovu prezident kimi görmək istəyirdi”
“Bu gün Naxçıvan camaatı əzab-əziyyət çəkir. Onların əzab-əziyyətə salınmasında isə Azərbaycandakı “beşinci kolon” günahkardır. Vasif Talıbov da “beşinci kolon”un aparıcı şəxslərindən biri idi”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Ovqat.com saytının baş redaktoru, əslən Naxçıvandan olan jurnalist Heydər Oğuz deyib.
O, Vasif Talıbovdan qalan köhnə komandanın Naxçıvanda yeni idarəçilik sisteminə müdaxilə etməsindən söz açıb.
H. Oğuz iddia edib ki, Ramiz Mehdiyevin yaratdığı “beşinci kolon”, hətta Vasif Talıbovu Naxçıvandan sonra prezident kimi görmək istəyirdi:
“Onlar da Naxçıvandakı yeni hakimiyyətin öz siyasətini yürütməsinə, möhkəmlənməsinə mane olmağa çalışırlar. Bunun kifayət qədər əsasları və hüquqi zəminləri var idi. Çünki Naxçıvan hələ də muxtar respublika sistemini qoruyur və köhnə sistem heç dağılmayıb”.
Jurnalist xatırladıb ki, səlahiyyəti Konstitusiya müəyyənləşdirir:
“Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına görə Naxçıvanı idarə edən şəxs Naxçıvan Ali Məclisinin sədridir. Yəni qanun üstün gəlir. Qanuna rəhbərlik edən də Vasif Talıbovun yaratdığı köhnə komandanın üzvləridir. Naxçıvanda belə ciddi problemlər var”.
456 dəfə oxundu