Məmməd və Mamed adları ilə bağlı rəsmi açıqlama: Qadağan olunub?
"Məmməd”, "Mamed” adları ilə bağlı Nazirlər Kabineti yanında Terminologiya Komissiyasında heç bir müzakirə aparılmayıb, yaxın vaxtlarda heç bir media subyekti və jurnalistə hansısa açıqlama verilməyib. Ümumiyyətlə, Məmməd adının qoyulması qadağan deyil.
Bu fikirləri "Report”a açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.
O, məsələ ilə əlaqədar sosial şəbəkələrdə və bəzi saytlarda yayılmış iddiaları təkzib edib:
"Terminologiya Komissiyasının məqsədi adlar qoymaq, qeydə almaq deyil. Adlar Ədliyyə Nazirliyinin nəzdində qeydiyyat idarələri tərəfindən qeydə alınır. Ölkədə bir gündə minlərlə körpə dünyaya gəlir və körpələrə qoyulan adlar həmin qeydiyyat idarələri tərəfindən aparılır. Terminologiya Komissiyasına isə adların yazılışı forması ilə bağlı müraciət olunur. Bir sözlə, Terminologiya Komissiyası ad qoymur, onların yazılış formasına münasibətini bildirir. Məsələn, bizə bu yaxınlarda Səməd adının "Samed” kimi yazılması üçün müraciət olunub. Azərbaycan dilinin orfoqrafiya qaydaları, adların yazılış formaları, ədəbi dil qaydalarına uyğun olaraq adların yazılış forması müəyyən edilərək qeydiyyat idarələrinə təqdim olunub. Bizim vəzifəmiz bundan ibarətdir. Nə "Məmməd”, nə "Mamed” adlarının qadağan olunması məsələsi Terminologiya Komissiyasında müzakirə olunmayıb”.
S.Sadıqova vurğulayıb ki, 2015-ci ildə "Məmməd”, "Məhəmməd”, "Mamed”, "Muhammed” adlarının hansının yazılışının düzgün hesab olunması mövzusu müzakirə olunub və bu zaman onların "Məmməd” və "Məhəmməd” kimi iki formada yazılışı tövsiyə edilib:
"Bizim işimiz ad qadağası qoymaq deyil, insanları bu cür çaşdırmaq olmaz”.
395 dəfə oxundu