Balasanyan həbs olundu – Xankəndidə nə baş verir?

Balasanyan həbs olundu –
Xankəndidə yerləşən qondarma rejimin “Təhlükəsizlik Şurasının” keçmiş katibi Vitali Balasanyan həbs edilib.

Yeniavaz.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə onun vəkili Rafael Martirosyan məlumat yayıb.

“İctimaiyyətə bildirirəm ki, “Artsax qəhrəmanı” Vitali Mixail oğlu Balasanyanın hüquq və qanuni mənafelərinin müdafiəsini öz üzərimə götürmüşəm. Vitali Balasanyan həbs edilib. Bədənində çoxlu xəsarətlər var”, - deyə vəkil bildirib.

Məlumat üçün bildirək ki, Vitali Balasanyan keçmiş döyüşçüdür və işğalçılar arasında kifayət qədər nüfuzu olan biridir. Ötən əsrin 90-cı illərinin əvvəllərində Əsgəran rayonunda yaradılan “özünümüdafiə qüvvələrinin” komandiri olub. Seperatçı rejimin müdafiə naziri olub.

Aprel döyüşlərində yaxından iştirak edib. 2020-ci il müharibəsindən sonra qondarma rejimin "Təhlükəsizlik Şurası"na rəhbərlik edib.

Vitali Balasanyan 2005-ci ildə "Daşnaksütun-Hərəkat 88"in siyahısı ilə seperatçı rejimin “parlamentinə” üzv seçilib. 2007-2010-cu illərdə qondarma rejimin “prezidentinin məsləhətçisi” olub. 2012-ci ildə “prezidentliyə” namizəd olub və 32,5 % səs toplayaraq Bako Saakyana uduzub. 2020-ci ildə keçirilən “prezident seçkilərində” yenidən iştirak edib və seçkini 3-cü yerdə tamamlayıb.

Son zamanlarda Vitali Balasanyanın adı Azərbaycanda danışıqlar aparan şəxs kimi Ermənistan mətbuatında gündəmə gəlib. Ermənistan mətbuatı iddia edir ki, Balasanyan Azərbaycanla danışıqlar aparmağın tərəfdarıdır.

Onu da qeyd edək ki, Vitali Balasanyan 1-ci Qarabağ müharibəsi zamanı da Azərbaycan hərbçiləriylə danışıqlarda tez-tez iştirak edib. Balasanyanın Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovla müharibədən əvvəl şəxsi münasibətlərinin olduğu bildirilib.

2020-ci il müharibəsindən əvvəl seperatçı rejimin ilk “müdafiə naziri” olan Samvel Babayan iddia etmişdi ki, məşhur terrorçu Monte Melkonyan Vitali Balasanyan tərəfindən öldürülüb.

Balasanyanın həbsi xəbərinin yayıldığı ərəfədə Xankəndinin mərkəzində də mitinq keçirildiyi bildirilir. Bildirilir ki, mitinq iştirakçıları Xankəndində yerləşən Qırmızı Xaç Cəmiyyətinin ofisinə və Rusiya sülhməramlılarının qərargahına doğru yürüş edəcəklər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
432 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...