Liman şəhərində və rayon ərazisində vəziyyət sabitdir - Lənkəran İcra Hakimiyyəti

 Liman şəhərində və rayon ərazisində vəziyyət sabitdir -


Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) KİV-də Liman şəhərində aksiya keçirilməsi barədə xəbərlərə münasibət bildirib.
ŞİH-dən "Report"a bildirilib ki, 1 yanvar 2016-cı il tarixdə spirtli içkilər və tütün məmulatların plastik kartla satışından ötrü mağazalarda həmin məmulatların olmaması və olanlardan da satıcıların plastik kart olmadığından ala bilməmələrinə görə 100-ə yaxın Liman sakini və ətrafa toplaşan vətəndaşlar buna etiraz əlaməti olaraq aksiya keçirməyə və Ələt-Astara yolunu bağlamağa cəhd ediblər: "Lənkəran Şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələrinin onlarla profilaktik izahedici söhbətindən sonra aksiya iştirakçıları dağılışıblar. Hazırda Liman şəhərində və rayon ərazisində vəziyyət sabitdir".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1047 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...