"Surət Hüseynova münasibətim düşmənə münasibət olub və elə də qalır" - Pənah Hüseyn

"Surət Hüseynova münasibətim düşmənə münasibət olub və elə də qalır" -
“Çox yaxın qohumumun vəfatı ilə bağlı kədimizdə yas mərasimindəyəm. KİV- dən Surət Hüseynovla bağlı fasiləsiz müraciətlər gəlir. Telefonu söndürmək, ya səssizə qoymaq olar, mənim adətim deyil. Və bu statusu məcburiyyətdən yazıram”.

GUNDEMİNFO.AZ xəbər verir ki, bunu Azərbaycanın sabiq Baş naziri Pənah Hüseyn deyib.

“Surət Hüseynov vəfat edib və heç dəfn də olunmayıb. Bizim ürf-adətimizdə dəfn olunmayan adam haqqında yaxşı bir şey demirsənsə pis danışmaq uyğun sayılmır. Mənim Surət Hüseynovla münasibətim istər şəxsi, istərsə də siyasi mənada düşmən münasibəti olub, münasibətim düşmənə münasibət olub və elə də qalır. Bu günsə deməklə kifayətlənirəm ki, ibrət çıxara bilənlər ibrət çıxarsın” – P.Hüseyn əlavə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
764 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...