Şəhidin cəsədi 31 il sonra tapılıb? - Rəsmi açıqlama

Şəhidin cəsədi 31 il sonra tapılıb? -
“I Qarabağ müharibəsində itkin düşdüyü bildirilən şəhid Həsənov Rəhman Əhliman oğlunun cəsədinin 31 ildən sonra tapılması və ekshumasiya edilməsinə dair kütləvi informasiya vasitələrində yayılmış məlumatla bağlı tərəfimizdən araşdırma aparılıb”.

GUNDEMİNFO.AZ xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
“Məlum olub ki, Həsənov Rəhman Əhliman oğlu 1992-ci ildə Ermənistan silahlı qüvvələrinə qarşı döyüşdə qəhrəmancasına həlak olub və nəşi elə həmin vaxt döyüş bölgəsindən götürülərək Laçın rayonu, Suarası kəndində dəfn edildiyi üçün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyat alınmayıb. Bu günlərdə onun məzarının ətrafında yaxınları tərəfindən təmizlik və abadlıq işləri aparılıb.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası həssas xarakter daşıdığını nəzərə alaraq, itkin düşmüş şəxslər mövzusunda yoxlanılmamış məlumatların yayılmamasını xahiş edir”, - qeyd olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
538 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...