Yanvarın 20-də saat 12.00-da Azərbaycanda qatarların hərəkəti dayandırılacaq

Yanvarın 20-də saat 12.00-da Azərbaycanda qatarların hərəkəti dayandırılacaq


20 Yanvar faciəsinin 26-cı ildönümünün keçirilməsi ilə bağlı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Tədbirlər Planı hazırlanıb.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, Tədbirlər Planına əsasən “Azərbaycan Dəmir Yolları” QSC-nin müəssisə və təşkilatlarında 20 yanvar faciəsinin 26-cı ildönümü ilə bağlı anım tədbirləri keçirilir, faciə zamanı şəhid olan və yaralanan dəmiryolçuların ailə üzvlərinə maddi yardımlar edilir.

20 yanvar tarixində saat 12.00-da anım dəqiqəsində qatarların hərəkəti dayandırılacaq, lokomotivlər həyəcan fiti verəcəklər. Yanvarın 20-də “Azərbaycan Dəmir Yolları” QSC-nin kollektivi Şəhidlər Xiyabanını ziyarət edəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
960 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...