Bakıda tanınmış biznesmenin evindən külli miqdarda pul oğurlanıb
Bakıda evindən külli miqdarda pul oğurlanan İsrail vətəndaşının tanınmış biznesmen olduğu üzə çıxıb. Lent.az-ın əldə etdiyi məlumata görə, Nərimanov rayonunda yaşayan və mənzilindən pəncərəni sındırmaq yolu ilə külli miqdarda pul və bahalı qol saatları oğurlanan 1964-cü il təvəllüdlü Aleksandr Şapiro Suliman Yaxın Şərqdəki Azərbaycanlıların Konqresinin sədri, həmçinin "İsrail-Azərbaycan Beynəlxalq Tibb Mərkəzi"nin rəhbəridir.
Hazırda məlum oğurluq əməli ilə bağlı Nərimanov rayon Polis İdarəsində açılmış cinayət işinin istintaqı, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
*****
Bakıda əcnəbi ölkə vətəndaşının evindən külli miqdarda pul oğurlanıb.
Lent.az xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində baş verib. 17-ci Polis Bölməsinə müraciət edən İsrail vətəndaşı, 1964-ci il təvəllüdlü Aleksandr Şapiro bildirib ki, mənzilin pəncərəsini sındırmaq yolu ilə daxil olan şəxs və ya şəxslər külli miqdarda pul və bahalı qol saatlarını oğurlayıb.
Faktla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
1015 dəfə oxundu