Qaya parçaları düşdü - Xınalığa gedən yol bağlanıb

Qaya parçaları düşdü -


Axşam saatlarında yağan güclü yağışdan sonra Quba-Xınalıq yolunda problemlər yaranıb.

GUNDEMINFO.AZ "Report"a istinadən xəbər verir ki, torpaq qatı ilə axan qaya parçaları Quba-Xınalıq yolunun 34-cü km-də maşınların hərəkətini iflic edib. Artıq 34-cü km-dən Xınalıq istiqamətinə yol bağlanıb.


Xınalıqdan gələn sürücülər yolun gecə saat 1 radələrindən bağlı olduğunu bildiriblər. Sürücülər həmin yerdən geriyə qayıtmağa məcbur olublar.

Quba 6 saylı Yol İstismar İdarəsinin texnikası və canlı qüvvəsi əraziyə cəlb olunub. Hazırda qaya parçalarının yoldan təmizlənməsi işləri aparılır.

"Yolun tam açılmasına az qalıb. Hazırda bu yoldan istifadə edən sürücülər ehtiyatlı olsunlar. Yolda təhlükələr qalmaqdadır", - deyə Yİİ-nin sahə rəisi Bilal Sultanov açıqlamasında bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
934 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...