Azərbaycan prezidenti Nəsimi rayonundakı yeni parkda yaradılan şəraitlə tanış olub

Azərbaycan prezidenti Nəsimi rayonundakı yeni parkda yaradılan şəraitlə tanış olub


Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 20-də Bakının Nəsimi rayonunun Səməd Vurğun və Bakıxanov küçələrinin kəsişməsindəki ərazidə yeni salınmış istirahət parkında yaradılan şəraitlə tanış olublar
APA-nın məlumatına görə, parkda görülən işlər barədə dövlət başçısına məlumat verilib.


Ümumi ərazisi 10 min kvadratmetrə qədər olan yeni parkın salınmasında yüksək keyfiyyətli tikinti materiallarından istifadə edilib. Parkın 5 min kvadratmetr ərazisində yaşıllıq zolağı salınıb, çoxlu sayda şam, zeytun və çinar ağacları əkilib. Parkda, həmçinin müasir standartlara uyğun işıqlandırma sistemi quraşdırılıb.

İstirahət guşəsində müasir iaşə obyektləri də inşa edilib. Bu obyektlərin tikintisində sınmayan, təhlükəsiz şüşələrdən istifadə olunub. İaşə obyektləri də müasir tələblərə cavab verən işıqlandırma sistemi ilə təchiz edilib. Parkda istirahət üçün hər cür şərait yaradılıb. Görülən işlərlə yaxından tanış olan dövlət başçısı müvafiq tapşırıqlarını verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
979 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...