Mazut idxalı gömrük rüsumundan azad edildi

Mazut idxalı gömrük rüsumundan azad edildi


Bu gündən “Azərenerji” ASC-yə elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut gömrük idxalı rüsumundan azaddır.

AzVision.az APA-ya istinadən xəbər verir ki bu, Nazirlər Kabinetinin 6 aprel 2016-cı ildə “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarına etdiyi dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, Azərbaycanın 2016-cı il üzrə yanacaq-enerji balansına uyğun olaraq Energetika Nazirliyinin təsdiqedici sənədləri əsasında “Azərenerji” ASC-yə elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut gömrük idxalı rüsumundan azad edilib. Bu qərar imzalandığı gündən 30 gün sonra, yəni bu gün qüvvəyə minir və 2017-ci ilin 1 yanvar tarixinədək qüvvədədir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1054 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...