Azərbaycanda ÜDM istehsalı 4,5% azalıb

Azərbaycanda ÜDM istehsalı 4,5% azalıb


2016-cı ilin yanvar-aprel aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 16 mlrd. 867,9 mln. manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,5% az ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, azalmanın əsas səbəbi tikinti və nəqliyyat sektorlarında məhsul və xidmətlər istehsalının müvafiq olaraq 35,5% və 14,2% azalması olub. Eyni zamanda, informasiya və rabitə sahələrində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində və turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin hər birində 3,5%, ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində 2,7%, emal sənayesində isə 2,6% artıb.

Əlavə dəyərin 39,5%-i sənayedə, 12,8%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 8,7%-i tikinti, 6,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,1%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 3,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2%-i informasiya və rabitə, 16,3%-i isə digər sahələrdə istehsal edilib.

Məhsula və idxala xalis vergilər ÜDM-in 7,9%-ni təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 1756,7 manata bərabər olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
972 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...