“Mado”da biabırçılıq - telefon üçün "zaryadka" pulunu da istədilər

“Mado”da biabırçılıq -


Bakıda bir neçə yerdə filialı olan “Mado” restoranlar şəbəkəsi telefonu şarj etmək istəyən, amma daha sonra imtina edən müştərisindən 35 manat tələb edib.

Bu barədə sosial şəbəkədə Şahin Amanov adlı istifadə məlumat yayıb. O bildirib ki, bu gün günorta saatlarında “Mado”da qəribə hadisə ilə üzləşib: “Telefonu “zaryadka”ya qoymaq istədim,ofisiant dedi ki, 10-15 dəqiqədən sonra mümkün olacaq, çünki “zaryadka”da 7-8 telefon var. Dedim onda hesabı gətirin, “zaryadka” lazım deyil. Hesab gəldi, ofisianta dedim "Qardaş, bu Powerbank 5200 nədirsə, biz belə şey yeməmişik".

Ofisiant isə müştəriyə bildirib ki, sözügedən 35 manat telefonu şarja qoyan aparatın (Powerbank 5200) qiymətidir: “Onu da hesaba hər ehtimala qarşı yazırıq ki, birdən gedəndə götürüb özünüzlə apararsız”.


“Mado”da biabırçılıq -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1051 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...