1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri - Nərimanovda

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri -


Heydər Əliyev Fondunun təşəbbüsü və Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda yerləşən Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 5 nömrəli Respublika Xüsusi İnternat Məktəbində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə rayon ərazisində yaşayan və xüsusi qayğıya ehtiyacı olan imkansız ailələrin uşaqları, həmçinin əqli cəhətdən zəif olan uşaqlar üçün bayram tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev burada təhsil alan uşaqları əlamətdar gün münasibətilə təbrik edərək, onlara göstəriən diqqət və qayğını yüksək qiymətləndirib, onların cəmiyyətə fəal inteqrasiyası üçün yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib. Natiq, ölkəmizdə həyata keçirilən dövlət uşaq siyasətinin uğurlu nəticələrini, dövlətimiz tərəfindən uşaqlara göstərilən diqqət və qayğını xüsusi vurğulayaraq, respublikamızın sürətli iqtisadi inkişafının onların sosial problemlərinin həlli üçün etibarlı zəmin yaratdığını diqqətə çatdırıb.

Eyni zamanda, ölkəmizdə uşaqların yüksək qayğı ilə əhatə olunması, onlara əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasını əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən biri olduğu xüsusi olaraq vurğulanıb.

Qeyd olunub ki, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə əsaslı təmir olunmuş Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 5 nömrəli Respublika Xüsusi İnternat Məktəbinin, onun nəzdində fəaliyyət göstərən musiqi məktəbinin, Zərifə Əliyeva adına uşaq bağçasının, 6 saylı uşaq poliklinikasının, “Ankara” məktəbinin, Psixonevroloji uşaq evinin və yeni tikilən korpusunun, Respublika Talassemiya Mərkəzinin və Məktəb Kompleksinin açılışları Mehriban xanım Əliyevanın xüsusi qayğı və diqqətə ehtiyacı olan uşaqlara məhəbbətinin və qayğısının bariz nümunəsidir.

Çıxış edən Milli Məclisin deputatı Adil Əliyev tədbir iştirakçıları bayram münasibəti ilə uşaqları təbrik edərək onların dünyada hamı üçün əziz olduğunu, eyni zamanda uşaqlara qayğı göstərməyin, onları qorumağın, müdafiə etməyin hər bir vətəndaşın müqəddəs borcu olduğunu diqqətə çatdırıblar.

Bayram tədbiri uşaq yaradıcılıq qruplarının nümayiş etdirdiyi maraqlı bədii kompozisiyalarla və tanınmış sənətçilərin çıxışı ilə davam etdirililib. Sonda uşaqlara bayram hədiyyələri təqdim edilib.


1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri -
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri -
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1158 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...