Qondarma ''DQR''-in paytaxtında ara qarışıb

Qondarma ''DQR''-in paytaxtında ara qarışıb


Qondarma "DQR"-də ictimai-siyasi situasiya gərginləşib. Müsavat.com-un erməni saytlarına istinadən verdiyi məlumata görə, bu gün Ermənistan və qondarma "DQR" rəhbərliyini tənqid edən və 2- 3 aprel döyüşləri barədə qalmaqallı açıqlamaları ilə gündəmə gələn “İjo” kod adlı general Samvel Babayan Xankəndinə gəlib.

Onu 1000- nəfərdən çox sayda tərəfdarı qarşılayıb. Daha sonra Samvel Babayanın tərəfdarları qondarma "DQR"- in qondarma “prezident” iqamətgahı ətrafına toplanıb və qondarma prezident Bako Saakyanla görüş tələb ediblər.

Onlar Samvel Babayanın Qarabağ ordusunun komandanı təyn edilməsini tələb edirlər. Samvel Babayanın tərəfdarlandan Xanumyan adlı biri "Кавказскiy узeл" əməkdaşına deyib ki, mitinqçilər onlar Babayanın ordunun başına gətirilməsini tələb edirlər, Susanna adlı başqa bir mitinqçi əlavə edib: -“Çünki Dağlıq Qarabağ rəhbərliyi və komandanlığı öz vəzifələrini yerinə yetirmək iqtidarında deyil, bu səbəbdən aprel müharibəsi gedişində ərazilər verilb... Beş ildir ki, bu prezident bizi inandırırdı ki, biz güvəndəyik., lakin sonda bunun yalan olduğu məlum oldu. Biz tələb edirik ki, xalqıın aldadılmasına son qoyulsun, on xəttə təkcə sadə adamlar yox, məmurlar və onların övladları da getsinlər...”

Düşmənin işğalı altında olan ərazilərdə etiraz aksiyalarının başlaması 2-5 aprel döyüşlərinin bilavasitə ən mühüm nəticələrindən biridir. Ermənistandan gələn xəbərlər göstərir ki, təkcə işğal altındakı ərazilərdə deyil, bütövlükdə təcavüzkar ölkədə hərbi – siyasi böhran əlamətləri müşahidə olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
815 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...