Türkiyə işsiz müəllimləri Azərbaycana göndərir

Türkiyə işsiz müəllimləri Azərbaycana göndərir


Türkiyədə təyinat ala bilməyən müəllim namizədlər xarici ölkələrdə açılacaq türk məktəblərinə göndəriləcək. AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müəllim namizədlərin göndəriləcəyi ölkələr sırasında Azərbaycan da var. Türkiyə Böyük Millət Məclisində ötən gün qanuniləşdirilən Maarif Vəqfi ilə bağlı ölkənin Təhsil Nazirliyi işə başlayıb. Vəqf ilk olaraq Türkiyənin Təhsil Nazirliyinə bağlı olan Azərbaycan, Səudiyyə Ərəbistanı və Türkmənistan kimi ölkələrdə təhsil verən məktəbləri özündə cəmləşdirəcək.

Türkiyə vətəndaşlarının çox olduğu xarici ölkələr və ya işləmək üçün getdiyi yerlərdə inventar işlər başlanılacaq. Hansı ölkələrdə nə qədər türk məktəbinin fəaliyyət göstərdiyi, nə qədər məktəbin bağlandığı və ya təhvil verilməsinin lazım olduğu müəyyən ediləcək. Müxtəlif ölkələrdə, müxtəlif statuslarda olan məktəblər Vəqfə daxil ediləcək. Bu məktəblərə göndərilən müəllimlər dövlət məmuru hesab olunmayacaqlar.

Məktəb müəllimləri Türkiyədə təyinat almayan müəllimlər arasından ən yaxşılardan seçiləcək. Xarici ölkələrin məktəblərində işləyəcək müəllimlərə isə həmin ölkənin şərtlərinə uyğun maaş veriləcək. Onlar həmçinin diplomatik pasportlara sahib olacaqlar. Türkiyənin Təhsil Nazirliyi xaricdə 12 824 şagirdin təhsil aldığını, bunlardan 47 faizinin qızlar olduğunu qeyd edib. Eyni zamanda bildirilib ki, 120-ə yaxın ölkədə türk məktəbləri fəaliyyət göstərir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1015 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...