Vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılanların adları açıqlanıb

Vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılanların adları açıqlanıb

Azərbaycan Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılan fiziki və hüquqi şəxslərin adlarını açıqlayıb.

“APA-Economics”in məlumatına görə, nazirliyin saytında yerləşdirilən cədvəldə bu ilin 25 iyul tarixinə vergidən yayınan 283 fiziki və 313 hüquqi şəxsin icra orqanı rəhbərlərinin adı qeyd olunub.

Qeyd edək ki, Vergilər Nazirliyi siyahıda qeyd olunan fiziki və hüquqi şəxslərin vergi borcunun məbləğini açıqlamayıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
963 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...