Mədət Quliyev xüsusi xidmətlərlə yeni təhdidləri müzakirə edir FOTOLAR

Mədət Quliyev xüsusi xidmətlərlə yeni təhdidləri müzakirə edir


2016-cı il iyul ayının 27-28 tarixində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Xüsusi xidmət, təhlükəsizlik və hüquq mühafizə orqanları rəhbərlərinin XV müşavirəsi keçirilib. Virtualaz.org DTX-nın saytına istinadən bildirir ki, müşavirənin işində Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.

Beynəlxalq təhlükəsizliyin təmin olunmasında tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi məqsədi ilə keçirilən və 61 ölkədən 300-dən artıq nümayəndənin qatıldığı tədbirdə BMT-nin və Şanxay Əməkdaşlıq Təşkilatının aidiyyəti strukturlarının məsul vəzifəli şəxsləri də təmsil olunublar.

Mədət Quliyev xüsusi xidmətlərlə yeni təhdidləri müzakirə edir


Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev müşavirədə “Təhlükəsizlik orqanlarının terrorçuluğa və terrorçulara qarşı mübarizədə əməkdaşlıq məsələlərinə dair” mövzusunda çıxış edib.

General-leytenant Mədət Quliyev müşavirə çərçivəsində tərəfdaş xüsusi xidmət orqanlarının nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçiib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1052 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...