Azərbaycanda bağlanan nikah müqavilələrinin sayında artım var - Dövlət Komitəsi

Azərbaycanda bağlanan nikah müqavilələrinin sayında artım var -


“Əvvəlki illərlə müqayisədə bu gün Azərbaycanda bağlanan nikah müqavilələrinin sayında artım müşahidə olunur. Lakin bu o qədər də böyük rəqəm deyil”.

Bunu APA-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.


E. Səfərov bildirib ki, 2014-cü ildə Azərbaycanda 83 nikah müqaviləsi bağlanıb: “2015-ci ilin birinci rübündə isə 23 fakt var. Əvvəlki illərdə bu rəqəm 20, 43, 50 fakt təşkil edirdi. Amma bu gün Azərbaycanda 83 nikah müqaviləsi bağlanıb”.

Şöbə müdiri bildirib ki, Azərbaycanda nikah müqaviləsinin bağlanmasına maraq azdır: “2000-ci illərdən sonra nikah müqaviləsi qanunvericilikdə öz əksini tapıb. Nikah müqaviləsinin bütün qaydaları və formaları müəyyən olunub. Bu gün Azərbaycanda nikah müqaviləsi bağlamağa maraq azdır. Nikahların çox az faizi nikah müqaviləsi ilə əhatə edilib. Nikahdan əvvəl və nikahdan sonra da nikah müqaviləsi bağlana bilər. Nikah müqaviləsi boşanmalar zamanı bir sıra maddi problemlərin həllinə kömək ola bilər. Nikah müqaviləsi mülki münasibətləri tənzimləyir, əmlak hüquqlarının müdafiəsinə, birbaşa əmlak məsələlərinin yenidən qaldırılmamağına yönəlib. Qeyd etməliyəm ki, nikah müqaviləsi etibarsız sayılmasın deyə qanunvericiliyə uyğun bağlanmalıdır”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1222 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...