Eldar Qəribov "UniBank"ın səhmlərini Cəlal Qasımovdan aldı
Bakı Fond Birjası “UniBank Kommersiya Bankı” ASC-nin imtiyazlı səhmləri üzrə insayder sövdələşməsi haqqında məlumatı açıqlayıb. Bu, son bir il yarım ərzində ilk belə məlumatdır. Məlumata görə, bu il iyunun əvvəlində bankın Müşahidə Şurasının sədri Eldar Qəribov UniBank-ın 183 825 ədəd imtiyazlı səhmini 2,91 manata (nominal dəyəti 2,72 manat) alıb.
Qeyd etmək lazımdır ki, satış tərəfi haqda məlumat açıqlanmır. Lakin məlumdur ki, məhz bu sayda səhmi 2013-cü ilin sentyabrında UniBank-ın o zamankı icraçı direktoru Cəlal Qasımov alıb. Bu ilin mayında o, “Pasha Holding” MMC-nin bank qrupunun rəhbəri, həmçinin “Kapital Bank” ASC-nin (“Pasha Holding” qrupunun üzvü) Müşahidə Şurasının sədri təyin edilib.
Alqı-satqı haqqında əqd C.Qasımovun “Kapital Bank”-da vəzifəsinin icrasına başlanmasından sonra bağlanıb.
Qeyd edək ki, bu əqddən öncə E.Qəribov UniBank-da 68,34% adi və imtiyazlı səhmə sahib olub. UniBank-ın səhmdarları Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) -15,15%, Almaniya İnvestisiya Korporasyası (DEG) - 8,33%, həmçinin yerli və xarici fiziki və hüquqi şəxslərdir. Dövriyyədə 20 796 000 ədəd sadə və 5 147 100 ədəd imtiyazlı səhm var. Bankın ödənilmiş nizamnamə kapitalı 70,5 mln. manatdır ("Turan").
1945 dəfə oxundu