Azərbaycanda tikinti zəifləyib, qeyri-neft ixracı azalıb STATİSTİKA

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2015-ci ilin 6 ayında Azərbaycanın neft və qazdan kənar məhsullarının ixracatında keçən ilə baxanda azalma var. Keçən ilin ilk 6 ayı ilə müqayisədə belə məhsulların ixracı 29 faiz, və ya 245,3 milyon dollar azalaraq 600,8 milyon dollara düşüb. Xaricdən gətirilərək emal edilən və qablaşdırılan 3 əsas sənaye məhsulunun ixracı azalıb: Çay (7,9 mliyon dollar) - 43,1%,
Bitki və heyvan mənşəli yağlar (78,9 milyon dollar) - 30,8%,
Şəkər (98,2 milyon dollar) - 14,4% azalıb.
Bu il Azərbaycanın tərəvəz ixracından gəliri 6,8 milyon dollar azalaraq 72,6 milyon dollar olub. Meyvə-tərəvəzin emal məhsullarının ixracı (5 milyon dollar) da iki dəfə geriləyib.

Qara metal məmulatlarının ixracı (11,2 milyon dollar) əvvəlki ilə nəzərən 41,2% aşağı düşüb. Qonşu Gürcüstan da bu həftə xarici ticarət əlaqələrinin statistikasını açıqlayıb. Əsasən gətirmə neft və qazdan asılı olan bu olkənin 2015-ci ilin 6 ayında icracatı 1 milyard 82 milyon dollar təşkil edib. Bu, Azərbaycanın qeyri-neft və qaz ixracatından 481,2 milyon dollar və ya 80% çoxdur. Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda bu ilin birinci yarısında tikinti sektorunda da zəifləmə müşahidə olunub. Bunu tikinti materiallarının satışına və istehsalına dair statistika dolayısı ilə təsdiq edir.

Azərbaycandakı sement zavodları bu il 1,4 milyon ton sement satıblar. Gözləntilərin əksinə istehsal yerində sayıb. Yəni yerli sement istehsalı altı ayda cəmi 0,6% artıb. Bu dövrdə heç xaricdən çox sement alınmayıb - 19,6 milyon dollarlıq. Bu da keçən ilin ilk ayında başqa ölkələrdən alınan sementin üçdə biri qədərdir.

İstehsaldakı durğunluq və idxalın kəskin azalması tikinti işlərinin geriləməsindən xəbər verir. Bu dövrdə beton qarışığı və beton konstruksiyalar, kərpic, eləcə də qum, mişar daşı və qırmadaş istehsalı da kəskin şəkildə azalıb. Dolayısı ilə bu amillər iqtisadiyyatın dərin qatlarında böhranın cücərdiyinə dəlalət edir. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, sənayedə artımın qeydə alınmasına baxmayaraq, bu sektorda çalışanların sayı azalıb. Rəsmi rəqəmlərə əsasən, bu ilin yanvar-may aylarında ölkənin sənaye sahələrində 183,8 min nəfər çalışıb. Bu, yanvar ayı ilə müqayisədə 4,2 min nəfər azdır.

İyun ayının əvvəlində Bakıda Avropa Oyunlarına hazırlıqla bağlı inşa və təmir edilən obyektlərdə işlərin yekunlaşması ilə əlaqədar işsiz qalan inşaatçılarn sıraları güman ki, bir qədər də genişlənib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1283 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...