Kənd Təsərrüfatı Nazirliyinin üç strukturu haqqında Əsasnamə təsdiq edilib

 Kənd Təsərrüfatı Nazirliyinin üç strukturu haqqında Əsasnamə təsdiq edilib


Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin bu il yenidən təşkilatlanmadan sonra yaradılan üç strukturu haqqında Əsasnaməni təsdiq edib.

Əsasnaməyə görə, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti kənd təsərrüfatı layihələrinin qiymətləndirilməsi, maliyyələşməsi, təşkili və icrası orqanıdır. Xidmət həmçinin müvəkkil kredit təşkilatları vasitəsilə kredit verir.

Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi dövlət qeydiyyatını aparan, onların texniki vəziyyətinə və istismarına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. “Dövlət rüsumu haqqında” qanuna əsasən, bunun üçün 5 manat dövlət rüsumu alınır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti bitki sortlarının ekspertizasını, sınağını, qeydiyyatını və mühafizəsini, kənd təsərrüfatı sahəsində toxumçuluğun idarə edilməsini və toxumçuluğa dövlət nəzarətinin həyata keçirilməsini təmin edən icra hakimiyyəti orqanıdır. Xidmət toxum sortları və toxumların əkin keyfiyyəti ilə bağlı uyğunluq sertifikatı verir



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
3212 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...