AZAL Naxçıvana noutbuk buraxılmaması məsələsinə aydınlıq gətirdi

AZAL Naxçıvana noutbuk buraxılmaması məsələsinə aydınlıq gətirdi


AZAL mətbuatda Naxçıvan Muxtar Respublikasına noutbuk buraxılmaması ilə bağlı yayılan məlumata aydınlıq gətirib.

AZAL-ın mətbuat xidmətindən Trend-ə verilən məlumatda qeyd olunur ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun olaraq, aviasiya təhlükəsizliyi nəzarətindən keçərkən elektron cihazlar, o cümlədən noutbuk, əl yükündən çıxarılmalı və ayrıca olaraq skaner üzərinə qoyulmalıdır. Həmçinin təhlükəsizlik məqsədilə elektron cihazlar işə salınmalıdır. Məlumatda bildirilir ki, noutbukların daşınmasına qadağa qoyulmayıb və Azərbaycanın beynəlxalq hava limanlarında təhlükəsizlik nəzarəti milli qanunvericilik aktlarına tam uyğun şəkildə aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1252 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...