"Qarabağ" - "Seltik" matçına bilet satışı bərpa olundu

"Qarabağ" - "Seltik" matçına bilet satışı bərpa olundu


Futbol üzrə Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın Şotlandiya "Seltik"i ilə keçirəcəyi cavab görüşünə bilet satışı bərpa olunub.

"Report"un məlumatına görə, Ağdam klubunun rəhbərliyi tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edildikdən sonra Tofiq Bəhramov adına Respublika stadionunun kassaları ətrafına polis briqadaları yerləşdirilib.

Eyni zamanda, klub işçiləri və könüllülərdən ibarət gənclər satışa nəzarət edir, azarkeşlərin sıra ilə bilet almalarını təmin edir.

"Qarabağ" rəhbərliyi vətəndaşlardan xahiş edir ki, qanunsuz bilet alverinin qarşısının alınması üçün mütləq kassalardan bilet alsınlar.

Biletlərin qiymətləri nömrəli sektorlar üzrə 1 - 10 manat arasında dəyişir. Biletlər 13 - 16, 29 və 38-ci sektorlara 10 manata, 12 və 17-ci sektorlara 8 manata, 11 və 18-ci sektorlara 6 manata, 10 və 19-cu sektorlara 5 manata, 8-9 və 20-21-ci sektorlara 3 manata, 5 - 7 və 22 - 24-cü sektorlara 2 manata, 1 - 4 və 25 - 27-ci sektorlara 1 manata satılır. VİP bilet isə 50 manatadır.

Qeyd edək ki, avqustun 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Seltik" matçı saat 21:30-da başlanacaq. İlk görüş Şotlandiya komandasının qələbəsi ilə yekunlaşıb - 1:0.

* * * 22:40

Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində "Qarabağ"ın Şotlandiya "Seltik"i ilə keçirəcəyi cavab görüşünün biletləri satışa çıxarıldığı gün dayandırılıb.

"Report"un xəbərinə görə, bu barədə Ağdam klubunun yaydığı bəyanatda bildirilib.

Rəsmi açıqlamada deyilir: "Qarşılaşmaya olan hədsiz maraq Tofiq Bəhramov adına Respublika stadionunun kassaları önündəki toplaşan izdihamdan bəlli idi. Təəssüf ki, kütləvi maraqdan istifadə edən bəzi "işbazlar" qeyri-leqal satışla qanqaraldıcı duruma səbəb olublar. Məhz bu səbəbdən, klubumuz tərəfindən kassalar bağlanıb, hüquq-mühafizə orqanlarına müraciət edilib və qeyri-leqal satışla bağlı tədbir görülüb".

Satış sabah səhərdən etibarən bərpa olunacaq. "Qarabağ" rəhbərliyi vətəndaşlardan xahiş edir ki, qanunsuz bilet alverinin qarşısının alınması üçün mütləq kassalardan bilet alsınlar: "Kassadan bilet almaqla "işbaz"ların alverinə zərbə vuraraq vətəndaşlıq mövqeyini sərgiləmiş olarsınız".

Qeyd edək ki, avqustun 5-də Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Seltik" matçı saat 21:00-da başlanacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1122 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...